Qurban Qurbanov: Rəqibin çempionatda iki oyunuı təxirə salınıb

05.08.2026

sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Qarabağ" Kiyev "Dinamo"su ilə oyuna istədiyi kimi hazırlaşıb. Sport24.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib.

Mütəxəssis Ukrayna təmsilçisi ilə oyunla bağlı gözləntilərini bölüşüb:

"Vacib səfərə çıxırıq. Yaxşı komandaya qarşı oynayacağıq. Matça istədiyimiz kimi hazırlaşmışıq. Rəqib də bizə qarşı yaxşı hazırlaşıb, çempionatda iki oyunları təxirə salınıb. Polşaya sərfəli nəticə qazanmaq üçün gedirik".

Qeyd edək ki, UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Dinamo" - "Qarabağ" matçı sabah, Bakı vaxtı ilə saat 21:00-da Polşadakı "Lublin Arena"da start götürəcək. Komandalar arasında cavab matçı isə avqustun 13-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью