Qurban Qurbanov Sevilyanın istədiyi Juninyodan danışdı: Getmək istəyir? | Icma.az
Publika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir. "Futbolçularımı təbrik edirəm. Gərgin oyun oldu.
Son saniyələrdə qələbə qolunu vurduq. Məğlub ola da bilərdik. Rəqib çox ağıllı müdafiə olundu, təhlükəli əks-hücumlara çıxırdı.
Hətta qol da vurdular. Çox vacib 3 xal qazandıq. Ayxan Abbasovun komandasına qarşı oynamaq heç vaxt asan olmayıb".
Publika.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasında 3-cü turdan təxirə salınmış "Şamaxı" - "Qarabağ" oyunundan sonra keçirilmiş mətbuat konfransında qonaq komandanın baş məşqçisi Qurban Qurbanov deyib.
O, Ağdam klubunun futbolçusu Juninyonun durumundan da danışıb.
Qurbanov "Sevilya"dan təklif alan braziliyalı forvardın oynamama səbəbini də açıqlayıb: "Özü dedi ki, neçə gündür transfer söhbətlərinə görə az yatıram, oyuna hazır deyiləm.
Ona səmimiliyinə görə təşəkkür etdim. Komandadan gedən hər oyunçu mənim üçün problem yaradır.
Çünki yeni gələnlərin uyğunlaşması vaxt tələb edir. Bu, işimə mane olur. Amma "Sevilya" kimi klubdan rəsmi təklifin gəlməsi xoşdur.
Tam oxu
Xəbəri oxu