Qurban Qurbanov şok qərar verib UZAQLAŞDIRILDI

17.07.2026

Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov şok qərar verib.

BAKU.WS "Sportinfo"ya istinadən xəbər verir ki, o, Joni Montieli əsas komandadan uzaqlaşdırıb.

Təcrübəli mütəxəssis ispaniyalı yarımmüdafiəçini qeyri-müəyyən müddətə düşərgədən kənarlaşdırıb. Buna səbəb pireneyli legionerin intizamsızlığa yol verməsidir.

Montielin Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Vestri" (İslandiya) ilə keçirilən oyunlar üçün iştirak ərizəsində adının olmaması sırf bu hadisədən qaynaqlanır.

UEFA-ya təqdim olunan yekun siyahıda 24 futbolçu yer alıb.

Onlardan dörd nəfəri - Teymur Həsənov, Bilal Hacıyev, Hikmət Cəbrayılzadə və Əli Bəşirov klubun özünün yetirməsidir və B siyahısında yer alır. Bu, UEFA-nın Avropa kubokları yarışına qatılan hər bir klub üçün mütləq tələbdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью