Qurban Qurbanov Sumqayıt üzərində qələbəni belə şərh etdi

31.08.2026

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

Misli Premyer Liqasında III turun "Sumqayıt" - "Qarabağ" (0:1) oyunundan sonra qonaqların baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə mətbuat konfransı keçirilib.

Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis matç barədə fikirlərini bildirib:

"Futbolçularımı təbrik edirəm. Çox vacib 3 xal qazandıq. Azlıqda qalmağımıza baxmayaraq, oyun nizam-intizamını qoruduq. Topla yaxşı davranan, meydanda maraqlı gedişlər edən komandaya qarşı oynayırdıq. Azarkeşlərimiz hər zaman olduğu kimi, bu gün də bizimlə idilər, komandamızı dəstəkləyirdilər. Buna görə onların hər birinə təşəkkür edirəm. Komandamıza yeni qoşulan futbolçuların bir az zamana ehtiyacları var. Oyundan-oyuna yaxşılaşacaqlar".

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью