Icma.az, Apasport portalına istinadən məlumat yayır.
UEFA Konfrans Liqasında "Qarabağ" "Tvente" ilə qarşılaşıb - 1:4.
Apasport.az xəbər verir ki, matçdan sonra ağdamlıların baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.
"Bunu istəməzdik, məğlub olmaq fikrimiz yox idi. Çox həvəsli və istəkli idik. Vuruşan bir kollektivimiz var, amma çatışmazlıqlarımız da var idi. Rəqibi təbrik edirəm. Azarkeşlərimizə təşəkkür edirəm, sonadək komandaya dəstək oldular".
- Erkən vidalaşmaq yeni transferlərlə qarşıdakı mövsümdə komandanın formalaşması üçün faydalı olacaq?
- Biz yeni transferlər edərkən rəhbərliklə müzakirələr apardıq. Bəlkə də risk etdiyimizi düşünənlər oldu. Komandanı ən yaxşı səviyyəyə gətirmək üçün çalışacağıq. Pozitiv yanaşmalıyıq, daha yaxşı işlər görmək üçün var gücümüzlə mübarizə aparacağıq.
- Lanqanın əvəzlənməsi nə ilə bağlı idi?
- Sarı vərəqə limitinə görə idi. Üçüncü hakim mənə yaxınlaşıb onun limitdə olduğunu bildirdi. Biz də belə qərar verdik.
- 4 mövsüm bundan əvvəl "Qalatasaray" Türkiyə çempionatında 13-cü oldu, sonra ardıcıl çempionluqlar qazandı. "Qarabağ"dan da belə bir partlayış görə bilərikmi?
-Maksimum nəticə üçün hər şeyi edəcəyik. Futbolçuların gücünün gündən-günə inkişaf edəcəyinə inanıram.
- “Sabah”ın Çempionlar Liqasındakı püşkatması ilə bağlı nə düşünürsünüz?
- Mən "Sabah"a azarkeşlik edəcəyəm. Onlara bu çətin yolda uğurlar arzulayıram.
- "Qarabağ" sizcə edilən transferlərdə gecikdi?
- Bəli, gecikdi. Yanvar ayından başlamışdıq danışıqlara. Yeni transferlərimiz zədələndi, gözləmədiyimiz zədələr oldu. Bəlkə də onlar sağlam olsaydı, bu gün bu məğlubiyyəti danışmazdıq.
- Sizcə Çempionlar Liqasında iştirak "Sabah"ın daxili çempionatdakı iddialarını azaldacaq?
- Hər liqanın ayrı atmosferi var, amma Çempionlar Liqası tamam başqa səviyyədir. Hətta mənim də yorulduğum anlar olurdu. Məncə, əksinə, "Sabah" bu təcrübədən sonra daxili liqada daha rahat oynayacaq.
Çempionlar Liqasının əsas mərhələsinin püşkü atılıb - YENİLƏNİB “Qalatasaray” nəhənglərlə qarşılaşacaq - ÇL PÜŞKATMASI KL: Murad və Mahirin komandaları əsas mərhələnin bir addımlığında - YENİLƏNİR “Qarabağ”ın matçı GEC START GÖTÜRƏCƏK ÇL: “Fənərbaxça” liqa mərhələsində! - YENİLƏNİB