Qurban Qurbanov: “Vacib olan qarşıdakı oyundur”

31.03.2025

Icma.az bildirir, Apasport portalına istinadən.

Misli Premyer Liqasının XXV turunun "Sumqayıt" - "Qarabağ" matçından (0:2) sonra qonaqların baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.

"Futbolçularımı təbrik edirəm. Çox vacib qələbə idi. "Sumqayıt"a uğurlar arzulayıram. Sona qədər yaxşı mübarizə apardılar. Soyuq havada stadiona gələn bütün azarkeşlərə təşəkkür edirəm".

- İndidən növbəti mövsümü düşünürsüz?
- Hələ çempionat davam edir. Futbolçular çox istəkli çalışırlar, hər biri əsas heyətə düşmək istəyir. Bəzən rotasiyalar edirik. Vacib olan qarşıdakı oyundur.

- Rəhbərliyiniz altında oynamış futbolçular baş məşqçi kimi sizə rəqib olanda hansı hissləri keçirirsiniz?
- Çox xoşdur. Biz də hansısa məşqçilərin futbolçusu olmuşuq və onlara qarşı oynamışıq. Hər birinə uğurlar arzulayıram. Onları görəndə keçmiş günlər yada düşür, hansısa epizodu yada salırıq. Bütün futbolçular məşqçi olmur. Hamısının uğuruna sevinirəm.

Rəşad Sadıqov: “Vacib 3 xal qazandıq” Elnur Çovdarov: “Çalışdıq nəsə edək, alınmadı” “Zirə”dən böyükhesablı qələbə - YENİLƏNİB Azər Bağırov: “Çempionatın maraqlı hissəsi qabaqdadır” Elvin Məmmədov: “Bu xal bizə xeyir verəcək”
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью