Qurban Qurbanov: Vacib oyundur, pis hazırlaşmamışıq

27.11.2024

Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Çox keyfiyyətli komandaya qarşı oynayacağıq". Sport24.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunda Bakıda "Lion"la oyundan əvvəl keçirilən mətbuat konfransında bildirib.

Mütəxəssis komandanın sabahkı görüşə hazırlığını dəyərləndirib: "Vacib oyundur, pis hazırlaşmamışıq. Çox istəyirik ki azarkrşlərimizi sevindirək və uğurlu çıxış edək".

Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil ediləcək "Qarabağ" - "Lion" görüşü saat 21:45-də start götürəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью