Qurban Qurbanov: “Yanvardan bu yana qədər, hətta son vaxtlar…”

11.04.2025

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

Misli Premyer Liqasının XXX turunun "Səbail" - "Qarabağ" matçından (1:4) sonra qonaqların baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, mütəxəssis oyunla bağlı bir sıra açıqlamalar verib:

"Futbolçularımı təbrik edirəm. Hesabda irəlidə olsaq da, sona qədər oyununu tempini,
 dinamikasını qoruyub-saxladılar. Qapımızda qol gördük. Bu da rəqibin futbolçusunun ustalığı idi. Azarkeşlərə təşəkkür edirəm. daim oyuna səslədilər. Elvin Məmmədova da uğurlar arzulayıram".

- Qarşıda "Neftçi" ilə oyununz var. 8 günlük hazırlıq var. Amma 19-dan 24-nə kubok görüşü var. Balansı qorumaq mümkün oalcaq?
- Yanvardan bu yana qədər, hətta son vaxtlar özüm hazırlıq proqramımızdan şikayətşi idim. Çünki normal məşq üçün vaxtımız yox idi. 4-5 gündən bir oyun oynayırdıq. 8 günlük hazırlıq bizim üçün çox faydalı olacaq. Futbolçular istirahət edəcək, çatışmazlıqları da aradan qaldıracağıq. Qarşıdakı gündəki oyunlar üçün 8 günün faydası olacaq. Çalışacağıq ki, düzgün faydalanaq. Bu günə qədər məşq ritmini tuta bilmirdik.

Matçdan öncə 2 azarkeş vəfat edib "Liverpul" onunla da müqavilə yeniləyəcək Vidadi Rzayev: “Dövlətin ayırdığı pulu yedilər, dağıtdılar” - MÜSAHİBƏ AFFA II Liqa klublarını cərimələyib Gədəbəyin stadionu şumlanıb - FOTOLAR
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью