Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir. “Üstünlük bəlkə də rəqib tərəfdədi.
Həm öz meydanlarında oynayırlar, həm də bu matça çox ciddi hazırlaşacaqlar.
2 turdan sonra xalları yoxdu”."Football-plus.az" xəbər verir ki, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqası liqa mərhələsinin 3-cü turu çərçivəsində “Atletik”lə oyun üçün Bilbaoya getməmişdən əvvəl deyib:“Bu komandaya qarşı sona kimi dözməyə çalışacağıq.
Rəqibin son matçlarına baxmışam. Oyunlarında dinamika yüksək olur, sürətli hücumlara çıxırlar.
“Atletik” rəqib cərimə meydançasına topla ən tez gedən komandalardan biridi. Həm bizim üçün, həm də rəqib üçün vacib qarşılaşmadı.
Müsbət nəticə ilə dönmək üçün ən yaxşısını etməyə çalışacağıq”."Atletik" - "Qarabağ" qarşılaşması oktyabrın 22-də Bilbaoda keçiriləcək və Bakı vaxtı ilə saat 20.45-də start götürəcək.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.