Qurban Qurbanovdan Elvinə XƏBƏRDARLIQ “diqqətli olmalıdır”

29.03.2025

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandanın və Azərbaycan yığmasının futbolçusu Elvin Cəfərquliyevdən danışıb. 

Bakıvaxtı.az xəbər verir ki, o, “Turan Tovuz”a 4:1 hesabı ilə qalib gəldikləri matçdan sonra E.Cəfərquliyevin millinin heyətində Haitiyə qarşı (0:3) keçirilən matçda meydandan qovulmasına münasibət bildirib.

Q.Qurbanov müdafiəçinin qırmızı vərəqələr almasına bu cür şərh verib: “Nə siz bilirsiniz, nə mən bilirəm. İstəməyərək alınan qırmızı vərəqələrdir. Amma həmişə bunlar bir oyunçunun başına gəlirsə, deməli, nəsə problem var. Daha diqqətli olmalıdır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью