Qurban Qurbanovdan Mourinyoya cavab

02.10.2025

Qol.az saytına istinadən Icma.az xəbər verir.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Kopenhagen"lə dünənki matçdan (2:0) sonra "Benfika"nın baş məşqçisi Joze Mourinyonun son açıqlamalarında birinə münasibət bildirib.

QOL.az xəbər verir ki, jurnalistin "Dünən "Benfika" "Çelsi"yə uduzdu və Joze Mourinyo dedi ki, problem "Çelsi"yə uduzmaq yox, "Qarabağ"a uduzmaqdır. Ona cavab vermək istəyərdiniz?" sualı ilə bağlı Q.Qurbanov deyib:

"Yox. Mourinyoya nə sual, nə də cavab verə bilərəm. Çünki o Mourinyodur, dahi məşqçilərdən biridir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью