Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
Futbolçularıma təşəkkür edirəm ki, sona qədər nizam-intizamı qoruyub saxladılar.
Axar.az xəbər verir ki, bunu “Qarabağ” – “Ayntraxt” (3-2) oyunundan sonra baş məşqçi Qurban Qurbanov deyib.
Təcrübəli mütəxəssis azarkeşlərə dəstəyə görə təşəkkürünü bildirib:
"Futbolçularım onları stadionda görəndə həddindən artıq motivasiyalı olurlar. Bu qələbə azarkeşlərin haqqı idi".
O, "Qarabağ"ın tarixində hələ belə bir uğur olmadığını qeyd edib.