futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan Premyer Liqasının XXX turunda keçirilən “Səbail” – “Qarabağ” (1:4) matçından sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşdü: – Futbolçularımı təbrik edirəm.
4:1 qalib gəlməyimizə baxmayaraq, rəqib yaxşı oynadı. Ümumən azarkeşlərimizə təşəkkür edirəm. Futbolçularımızı oyundan qopmağa qoymadılar.
Elvinə uğurlar arzulayıram. Qarşıda “Neftçi” ilə oyunuz var.
– Həmin görüşə qədər 8 günlük fasiləniz var… – İnanın ki, yanvardan bu yana hətta özüm hazırlıq proqramımızdan şikayətçi idim.
Elə günlər olurdu ki, axsaq nöqtələrimi məşq edə bilmirdik. Bu 8 günün çox xeyir verəcəyini düşünürəm.
Həmin çatışmazlıqları da aradan qaldıracağımıza ümid edirəm. Düzgün faydalanmağa çalışacayıq.