Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Qarabağ” heyətə yeni futbolçu qatıb.
“AzPolitika” xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov məlumat verib.
O, futbolçunun kimliyini açıqlamayıb: “Ötən gün yeni transferi iştirak ərizəsinə salmalı idik, amma alınmadı”.
Təcrübəli mütəxəssis həmçinin Jeremi Qnalinin komandadan gedə biləcəyini də sözlərinə əlavə edib: “Ona bildirmişik ki, özünə klub tapa bilər”.