Qurban Qurbanovun istədiyi iki transfer niyə baş tutmayıb? Özü açıqladı | Icma.az
Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov kluba yeni futbolçuların transfer olmamasının səbəblərindən danışıb.
Mütəxəssis "AzTV"yə müsahibəsində "Qarabağ"ın üzərinə düşənləri yerinə yetirdiyini, lakin qarşı tərəfdəki klubların qeyri-peşəkar davrandığını bildirib: "Transfer pəncərəsində bəzi keçidlər etdik.
Yeni futbolçular cəlb etdik komandamıza. Bəzi transferlər isə alınmadı. Bu, bizim istəyimizlə olmadı".
Baş məşqçi iki futbolçunu daha çox istədiklərini vurğulayıb: "Biri sırf hücumçu idi, digəri isə sol vinger.
Hər iki klubla çox geniş danışıqlar getdi. Hər gün danışıqlar dəyişdirilirdi. Bizim tərəfimizdən yox, onlar tərəfindən.
Qarşımıza yeni tələblər qoyulurdu. Razılaşırdıq. Sonda isə həddindən artıq böyük bir məbləğ deyildi.
Məncə, biz o məbləğə razı olsaydıq, yenə də yeni bir tələb qoyulacaqdı. Bizə bəlkə də bir az qeyri-peşəkar yanaşdılar.
Tam oxu
Xəbəri oxu