Qurban Qurbanovun neytrallaşdırılması boyu

04.11.2024

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yuxu – 1:

Salam, oğul! Mən Lələ Qorqudam. Gəldim yuxuna, deyəm ki, bilmirsən təzə AFFA rəhbərliyi Qurban Qurbanovu millinin baş məşqçiliyinə namizədlikdən necə uzaqlaşdırdı? Sizin hamınız bu hoqqanı səmirsiz necə həzm etdiniz?

Axı “66-cı ilin “bürünc” əhli” bu kələkbazlığa necə uydu, ey oğul?!

Yad ellərdə yar axtararlar, yad ellərdə bar axtararlar, yad ellərdə tar axtararlar, qafiyə üçün lap belə, yad ellərdə şar axtararlar, ancaq milli komanda üçün baş məşqçi nəbadə, oğul!

“66-cı ilin “bürünc” əhlinin” harasına yaraşır bu, igid?!

Get!

Get, o AFFA rəhbərliyinə ərz et ki, Lələ Qorqud bu halınıza görə dilxor olub! Təpənizə dəysin islahat, heç olmasa, Qurbanı İcraiyyə Komitəsinə pərçimləməyin, əl-qolunu bağlamayın, kafirlər! O adamın millinin baş məşqçisi olması aksioma idi, siz “Qarabağ”ın uğurları da vacibdir deyib, onu İK sakininə çevirdiniz.

“66-cı ilin “bürünc” əhli isə ağzına su alıb, oturub, eləmi?

Ordan bir siqaret.. ee, sazımı ver, görək, a bəy!

Qazan bəyin oğlu Uruzun dustaq olduğu kimi, bir gün o Uruzun dustaqlıqdan azad olması da var, oğul!

Basatın Təpəgözü öldürməyini gözləyənədək “66-cı ilin”bürünc” əhli yuxuda çezəcək. Bir əncam qıl, oğul!

Parlamaqda olan Rəşad Sadıqov da lazım bilinmədi, eləmi?!

Mütləq yad ellərdən gətirilməlidir, hə?

Ta bir sözüm qalmadı, al bu sazı, so…

Kamil Əhməd

Əsas xəbərlər, Premyer liqa Qurbanov: “Turan Tovuz” bizə çətin dəqiqələr yaşatdı”

1 Noyabr 2024, 21:14

Əsas xəbərlər, Premyer liqa Qurban Qurbanov üçün əlamətdar oyun

28 Oktyabr 2024, 11:55

Əsas xəbərlər, Premyer liqa Qurban Qurbanov: “Hakimlikdən çox danışmaq yaxşı hal deyil”

27 Oktyabr 2024, 21:34

Əsas xəbərlər, Ölkə futbolu Qurban Qurbanov: “Şansımız varsa, çalışacağıq ki, daha yuxarılarda olaq”

23 Oktyabr 2024, 14:40

Əsas xəbərlər, Ölkə futbolu Qurban Qurbanov: “Belə fikirlər insanları futboldan uzaqlaşdırır”

18 Oktyabr 2024, 20:37

Əsas xəbərlər, Premyer liqa Qurban Qurbanov: “Nəticələr daha yaxşı olacaq”

6 Oktyabr 2024, 22:19

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью