Qurban Qurbanovun oğlu Traktora transfer olunur?

10.12.2024

Manset portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan millisinin və “Qarabağ”ın hücumçusu Musa Qurbanlının 2025-ci ildən ölkə xaricində futbol karyerasına başlama ehtimalı yaranıb.

Manset.az Trend-ə istinadən xəbər verir ki, Qurban Qurbanovun oğlu bu dəfə İrandan təklif alıb. Təbriz təmsilçisi olan "Traktor" gənc futbolçunu icarəyə götürmək üçün hərəkətə keçib və menecerlər vasitəsilə qarşı tərəflə ilkin təmaslar qurub.

"Traktor" klubunun Musa Qurbanlıya ilyarımlıq müqavilə təklif etməyi planlaşdırdığı bildirilir.

Qeyd edək ki, Musa Qurbanlı artıq bir dəfə legioner həyatı yaşayıb. O, 2023-cü ilin yayında İsveçin "Yurqorden" klubuna 500 min avro qarşılığında transfer olunub. İndi isə yeni bir təkliflə karyerasını başqa ölkədə davam etdirməyə yaxındır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью