Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır. "Qarabağ"ın "Elfsborq"a qarşı oyunu alınmadı.
İkinci hissə zəif oynadılar. Hər komandada olduğu kimi "Qarabağ"da da eniş gedir. Nə ilə əlaqədar olduğunu bilmirəm.
Hər halda, Qurban Qurbanov bunu daha yaxşı bilir. Belə yorğunluq hər komandada olur.
Amma ən azından İsveçdən bir xalla qayıtmalıydıq ki, mərhələ adlaya bilək. Ümidimizi üzməyək. Qarşıda iki oyunumuz qalıb.
Bakıda FKSB, səfərdə "Olimpiakos"la qarşılaşacağıq. Allah qoysa, altı xal götürüb, doqquz xalla pley-off mərhələsinə adlayarıq.
"Qarabağ"da hər zaman oyun olurdu. Amma "Elfsborq"la görüşdə istənilən oyun da yox idi.
Bəlkə də, "Qarabağ" avrokuboklarda ən zəif oyununu oynadı. Yəqin ki, enişdədilər. "Qarabağ"da yorğunluq var. "Elfsborq" çox istəkli idi.
Çox istəyənin də bəxti gətirir". Bu sözləri Sportal.az saytına açıqlamasında "Qarabağ"ın sabiq forvardı Paşa Əliyev deyib.