Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Respublikası Prezidentinin 12 iyun 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Baş nazirin müavini cənab Şahin Mustafayev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə, Azərbaycan Respublikası Prezidentinin 11 yanvar 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında gömrük işinin inkişaf etdirilməsində xidmətlərinə və gömrük orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Dövlət Gömrük Komitəsinin sədri cənab Şahin Bağırov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2025-ci il tarixli Sərəncamı ilə dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Nazirlər Kabineti Aparatının Ümumu şöbəsinin müdiri cənab Asəf Həsənov “Əməkdar dövlət qulluqçusu” fəxri adı ilə, həmin Sərəncamla Nazirlər Kabineti Aparatının Regionların inkişafı şöbəsinin müdiri cənab İlkin Məcidov və Nazirlər Kabineti Aparatının sektor müdiri cənab Qurban Sadıqov “Tərəqqi” medalı ilə təltif olunmuşlar.
2026-cı il 23 yanvar tarixdə Azərbaycan Respublikasının Baş naziri cənab Əli Əsədov tərəfindən Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına uyğun olaraq 2025-ci ildə orden və medallarla təltif edilmiş yüksək vəzifəli şəxslərə həmin orden, medal və vəsiqələrin təqdimat mərasimi keçirilmişdir.
NK-nin sektor müdiri Qurban Sadıqov təltif və təqdimata görə minnətdarlığını çatdırıb: "Fürsətdən istifadə edərək, əməyimə verilən yüksək qiymətə və təltif olunmağıma görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Baş naziri cənab Əli Əsədova dərin miinətdarlığımı bildirirəm".
Turkustan.az
