Qurban Yetirmişlidən zəlzələ ilə bağlı AÇIQLAMA

06.06.2025

News24 portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son günlər ard-arda davam edən zəlzələrlə bağlı təşvişə ehtiyac yoxdur.

News24.az xəbər verir ki, bunu Report-a açıqlamasında AMEA nəzdində espublİka Seysmoloji Xİdmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, 3 və 3-dən yuxarı maqnitudada təkanların olması ilə bağlı məlumatlar verilir, lakin xırda təkanlar da olur:

"Bu cür xırda təkanların olması enerji boşalmasıdır. Lakin təhlükəli, yəni maqnitudası 7 olan zəlzələ ehtimalı yoxdur. Hiss edilən zəlzələlər ola bilər".

Baş direktor əlavə edib ki, heç bir təşvişə ehtiyac yoxdur.

Xatırladaq ki, dünən yerli vaxtla 16:02-də Şamaxı və Xızıda 3,7maqnitudalı, dərinliyi 7 km olan zəlzələ baş vermişdi. Yeraltı təkan episentrdə 4 bal, Şamaxı və Xızı rayonlarının yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub. Bu gün səhər saatlarında Şamaxıda 3,2, Şamaxı və Xızı rayonlarında 3,6 maqnitudalı zəlzələ qeydə alınıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью