Qurbanlıq dana onu satan sahibini öldürdü İNANILMAZ OLAY | Icma.az
Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq. Türkiyədə qurbanlıq dana iş adamını öldürüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Manisa rayonunun Şahzadələr qəsəbəsində baş verib.
İş adamı 46 yaşlı İbrahim Külahlı fermasında olan satmaq istədiyi dananın fotosunu çəkərək müştəriyə göndərmək istəyib.
Bu zaman dana ona hücum edib. Nəticədə kişi ayağından, döş qəfəsindən və dalağından ağır xəsarət alıb.
Hadisə yerinə gələn həkimlər onu xəstəxanaya aparıblar. Ancaq görülən tədbirlərə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Araşdırma aparılır. Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu