futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan Premyer Liqasının XXVIII turunda keçirilən “Turan Tovuz” – “Qarabağ” (1:4) matçından sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşdü: – Futbolçularımı təbrik edirəm.
Bəlkə də ən gərgin oyunlarımızdan biri idi. Bu oyuna çox yaxşı hazırlaşmışdıq. Oyuna kimi Medina cəmi 2 dəfə məşq etmişdi.
Komanda şəklində normal məşqimiz olmamışdı. Vacib qələbə idi. İlk hissədə meydanda öz yerimizi lazımi məqamda doldura bilmirdik.
Belə atmosferdə oynamaq xoş idi. Düşünürəm ki, yaxşı başlanğıc oldu. – Keyfiyyət baxımından istədiyiniz səviyyəyə çatırıq?
– Xeyr, hələ ona illər lazımdır. Belə sıx qrafikdə oynayan bizim üçün bu asan deyil.
Biz Avropada çıxış edən komandalarda görə bilmişik ki, keyfiyyət hansı səviyyədə olur.