Qurbanov: “Buna çox sevinirəm”

17.07.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasında “Vestri”yə qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 3:0 hesabıyla bitən matçdan sonra bunları deyib:

“Yaxşı oyun alındı. Uzun yol gəlmişdik, qələbə vacib idi. İki oyunda 6 qol vurmaq gözəldir. İlk tur idi, qarşıda ÇSKA ilə matç var.

Rəqibi təhlil edəcəyik. Çalışacağıq ki, oyuna hazır olaq. Çatışmazlıqlarımız var, amma bu gün daha səliqəli oynadıq. Avrokuboklarda mərhələ adlayan digər komandalarımızı da təbrik edirəm. Əmsallarımız artır, buna çox sevinirəm”.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью