futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan Premyer Liqasının XIV turunun “Zirə” – “Qarabağ” oyunundan (1:1) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb… – Oyun keyfiyyətli olmasa da, gərgin mübarizə getdi.
Futbolçular çox güc itirdilər. Biz də kubokda oynamışdıq, “Zirə” də. Rəqibimizin kubok matçı 120 dəqiqə olmuşdu. Bəlkə, dinamika yox idi.
Amma meydanda mübarizə getdi. Hər iki komanda 1 xala layiq idi. İki komanda da çox əziyyət çəkdi.
Oyundan-oyuna qarşımızda daha çətin, daha formalaşmış, daha geniş düşüncəli “Zirə” görürük. Rəşad Sadıqovdan hər oyunda sürpriz gözləyirik.
Oyunun gedişində hər dəfə bunu hiss edirik. Yaxşı rəqibə qarşı oynadıq. Hər iki komandaya uğurlar arzulayıram.
– Montieli iki mövqedə oynatdınız. Bu haqda fikriniz necədir? – O, üç mövqedə oynamağı bacaran futbolçudur.