Qurbanov Neftçi dən gedişi barədə: Keçmişə qayıtmayaq

03.12.2025

Icma.az, Apasport saytına istinadən bildirir.

"Qarabağ" Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Karvan-Yevlax"ı 3:0 hesabı ilə məğlub edərək növbəti raunda yüksəlib.

Apasport.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Qurbanova Ramin Musayevin ötən günlərdə mətbuata verdiyi açıqlamada "Qurban Qurbanov 2007-ci ildə "Neftçi"nin büdcəsi azaldığı üçün komandanı tərk edib" fikri xatırladılıb. "Neftçi"nin sabiq prezidentinin sözlərinə təcrübəli mütəxəssis bu cür cavab verib:

"Bəlkə də orada anlaşılmazlıq olub. İndi keçmişə qayıtmağa ehtiyac yoxdur"

Qeyd edək ki, Ramin Musayev ötən günlərdə sportnet.az saytına verdiyi açıqlamada dövrün futbolçusu Vlastimil Petrjalanın daha aşağı maaş qarşılığında "Neftçi"də qaldığını, Qurban Qurbanovun isə büdcə qısıtlamasına görə komandadan ayrıldığını bildirmişdi.

Ayxan Abbasov: "Bizim belə oyunlarımız az olur" Ölkə kuboku: "Sabah" da 1/4 finala vəsiqə qazanıb - YENİLƏNİB Azərbaycan Kuboku: "Şamaxı" 1/4 finalda - YENİLƏNİB "Araz-Naxçıvan"ın "Benfika" ilə cavab matçına təyinatlar açıqlanıb Millimiz Çexiya yığmasına məğlub olub
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью