Qurbanov Nərimanın gedişi barədə: Onu da başa düşmək lazımdır

10.02.2026

Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.

"Qarabağ" Misli Premyer Liqasının XIX turunda səfərdə "Şamaxı"nı 2:1 hesabı ilə məğlub edib.

Apasport.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında qonaqların baş məşqçisi Qurban Qurbanov bir sıra açıqlamalar verib.

Təcrübəli mütəxəssis Nəriman Axundzadənin ABŞ-yə transferi məsələsini dəyərləndirib: "Danışıqlar ciddi gedir. Sona yaxınlaşırıq. Qərar tam verilməyib. Bu gün də oyundan sonra bir futbolçu yaxınlaşıb deyir ki, mənə yaxşı təklif var. Getməyimi istəyirsiz, yoxsa qalmağımı? Bir az sakitləşməyə çalışırıq. Yenə belə xəbərlər gəlir. Xoşagəlməz deməzdim, futbolçunu da başa düşmək lazımdır. Sadəcə təkliflər elə yerlərdən gəlir ki, yalnız pula görə oraya getmək olar. Bunlara yox da demək olmur. Çalışırıq ki, onları oyunlara yaxşı hazırlayaq".

Qeyd edək ki, Nəriman Axundzadə MLS təmsilçisi "Kolumbus Kru" komandasına transfer olunub.

"Qarabağ"ın matçının vaxtı DƏYİŞDİRİLDİ Enrike Silva: "Sabah" və "Qarabağ"a yaxınlaşmağa çalışmalıyıq" Braziliyalı vinger “Neftçi”də - RƏSMİ “Qarabağ” açıqladı: NƏRİMAN ABŞ-a transfer oldu "Karvan"ın futbolçusu bədbindir: İnamımızı itirmişik...
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью