Qurbanov: Oyunçular uduzmaq istəmirdilər

17.02.2025

Icma.az, Metbuat portalına istinadən məlumatı açıqlayır.

“Vacib qalibiyyət əldə etdik. Azlıqda qalanda komandanın xarakteri üzə çıxır”.

Metbuat.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Neftçi”yə 1:0 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının XXIII turunun oyunundan sonra mətbuat konfransında deyib.

“Oyunçular uduzmaq istəmirdilər. Yaxşı və baxımlı matç alınıb. “Neftçi”yə uğurlar arzulayıram”, -deyə o qeyd edib.

O, Kevin Medinanın qırmızı vərəqə alması barədə də danışıb: “Bu cür qarşılaşmalarda sərt hərəkət etmək olmaz. Fanatlar da nalayiq ifadələr işlədib, bu da təsir edib. Hamı fikirləşməlidir ki, futbol kollektiv oyunudur. Futbolun digər gözəlliyi də budur. 10 nəfərlə qalibiyyət əldə etdik”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью