Qurbanov Qarabağ dan gedir? Bu klubun baş məşqçisi ola bilər

11.08.2025

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Qarabağ“ın baş məşqçisi Qurban Qurbanov Rusiyanın “Spartak” klubunu çalışdıra bilər.

Globalinfo.az “Mediasport”a istinadən xəbər verir ki, mütəxəssis Moskva təmsilçisinin baş məşqçisi olmağa 4 əsas namizəddən biridir.

İddiaçılar sırasında Albert Riera, İvan İviç və İqor Şalimovun da adı var.

Rusiya mətbuatı Qurbanov haqda geniş paylaşım edib:

“Ən gözlənilməz, amma maraqlı variant: xarici məşqçi, lakin rusdilli və postsovet məkanında iş təcrübəsi var. 1999–2001-ci illərdə Qurbanov Rusiyada “Baltika” və “Fakel” klublarında çıxış edib, daha sonra isə Rusiya futbolu ilə yolları kəsişməyib. Bununla belə, “Qarabağ”da çalışarkən o, Rusiya yığmasının qapıçısı Andrey Lunyov da daxil, bir sıra rusiyalı futbolçunun məşqçisi olub və bu klubla avrokuboklarda uğurla çıxış edib”.

Xatırladaq ki, Rusiya mətbuatı “Spartak”ın 2024-cü ildən baş məşqçi postunda olan serbiyalı Deyan Stankoviçi bugünlərdə istefaya göndərəcəyini yazır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью