Qurbanov və ritorik suallar

20.02.2026

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qurbanov Qurbanovun AFFA İcraiyyə Komitəsinin dünən keçirilən iclasına qatılması xüsusi xəbər kimi təqdim olundu. Səbəb onun bu iclaslara əksər vaxt qatılmamasıdır.

Bu məsələnin özü də xüsusi xəbər kimi ayrıca təqdim olunmalıdır.

Qurbanov niyə əksərən İK iclaslarına qatılmır?

Qrafik sıxlığı?

Bəlkə də ən sıx qrafik bu ərəfələrdədir, amma dünən iclasda idi.

Aydın deyil, niyə qatılmırdı, niyə dünən qatıldı…

Ritorikanı dincə qoyub, başqa suala baxaq.

Qurbanov son vaxtlar heç vaxt olmadığı qədər emosional çıxışlar etdi. Yarasız meydança məsələsindən tutmuş legioner limitinədək… Əsasən haqlı olan iradları ictimai formada, bəzən də emosional açıqlamaq sakit təbiətli imicini yaddaşlarda möhkəmləndirən Qurbanovu bu mənada daha çox diqqət mərkəzinə çəkir.

Görəsən onun İK-dakı təklifləri, fikirləri “işləmir”?

Ümumiyyətlə, çoxsaylı suallar və onkarın ritorik halı… Buna səbəb Qurbanovun analoji mövzulara dair suallara cavab vermək istəməməsidir.

Özəl müsahibələrdə toxunmur, yaxud yan keçir. Oyunsonrası mətbuat konfranslarında bu mövzuda sual verilərkən isə o, “milli komanda”, “AFFA İcraiyyə Komitəsi” tematikalı suallara bəzən, “bu haqda danışmaq istəmirəm” kimi reaksiyalar verir.

Qurbanov İK iclaslarına niyə qatılmırdı?
Necə oldu ki, dünən qatıldı?

Nədən razı, nədən narazıdır?

Son iclasda nələr danışdı, nələr eşitdi?

Ölkə futbolunun ənənəvi problemlərini son dönəmlər daha intensiv və emosional ifadə etməsinə səbəb nədir?

Bu və başqa çox sayda açıq qalan suallar var. Bu suallarla ona müraciət edə də bilərik, lakin əksərinə əvvəllər də cavab vermədiyi bilinən faktdır.

Qurbanovun ictimaililiyi yetəri qədər deyil. Sanki ictimai mövzularda qəti, korrekt, açıq mövqelər bildir və ümumiyyətlə bu profildə daha çox qapalı mövqeyi diqqət çəkir.

Halbuki faktiki durumda ölkə futbolunun problemlərinin həllinə ən təsirli çıxışları məhz o edə bilər.

Qurbanov obrazının yükünü və təsir potensialını bilməmiş deyil. O obrazın yükünə layiq dərəcədə mövqe qoymalı, ictimaililiyini artırmalıdır.

Kamil Əhməd

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью