Qurbanovdan Azərbaycan klubuna jest

07.10.2025

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

“Qarabağ” I Liqada debüt mövsümünü keçirən “Şəfa”ya yardım əli uzadıb.

Hurriyyet.Az Sportinfo.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi aşağı liqada mübarizə aparan paytaxt klubuna geyim (forma) təminatında köməklik göstərib.

“Köhlən atlar” özlərinə aid inventarın bir hissəsini onlara göndərib. Buna səbəb “Şəfa”nın “Jako”dan sifariş etdiyi geyim dəstlərinin gecikməsidir.

Uzun müddətdir gözü yolda qalan “ağ-göylər”in dadına Qurban Qurbanov yetişib.

“Qarabağ”ın baş məşqçisi problemdən xəbər tutan kimi “Şəfa”lıların narahatlığına son qoyub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью