Qurbanovdan Şenerə xüsusi hədiyyə Video

01.12.2025

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Məşhur türkiyəli futbol şərhçisi Ertem Şener "Qarabağ"ın meneceri Əmrah Çelikel və baş məşqçisi Qurban Qurbanov tərəfindən xüsusi olaraq hazırlanan formaları canlı yayımda "Beyaz Futbol" komandasına təqdim edib.

Axar.az xəbər verir ki, o bu barədə İnstaqram hesabında paylaşım edib.

Bütün formalarda yer alan "44" nömrəsi tamaşaçıların da marağına səbəb olub.

E. Şener, bu xüsusi rəqəmin mənasını açıqlayıb:

"Formaların arxasındakı bu rəqəm Azərbaycanın 44 günlük Vətən müharibəsinə bir işarədir. "Qarabağ Zəfəri" əslində 10 noyabr tarixindədir. Amma Azərbaycan Prezidenti İlham Əliyev - "Qardaş ölkəm Türkiyənin noyabrın 10-da yası var, o gün qeyd etməyək, noyabrın 8-də qeyd edək", - deyir. Bu səbəbdən zəfər noyabrın 8-də qeyd olunur. Türkiyə Futbol Federasiyasına da forma göndəriblər".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью