Qurbanovdan transferlərlə bağlı YENİ AÇIQLAMA “Ola bilər ki...”

31.08.2025

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Ağdam klubunun yeni transfer edib-etməyəcəyindən danışıb.

Publika.az-ın məlumatına görə, təcrübəli mütəxəssis klubun sabiq futbolçusu Juninyo Olavio və “Loryan”da çıxış edən Sambu Sumanonun mümkün keçidləri barədə danışıb:

“Bəli, danışıqlar gedir, amma ağır gedir. Ola bilər ki, biz Çempionlar Liqasına düşdük deyə qarşı tərəf şərtləri çətinləşdirib. Ona görə danışıqlar asan getmir. Vaxt az qalıb”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью