Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.
Adətən, təmkinli görünən Qurban Qurbanov “Araz-Naxçıvan”la kubok oyununda komandasının qapısına penalti təyin olunandan sonra əlindəki planşeti təpiklədi, iki, bəlkə də üç hissəyə böldü.
“Live Bona Dea” stadionunun texniki direktoru Rahim Məmmədova müraciət edərək planşetin taleyini, yerə çırpılandan sonra işləməyə yararlı olub-olmadığını, qırıntılarının harda olduğunu soruşduq.
Maraqlıdı ki, Rahim bəy əvvəlcə bu haqda klub rəsmilərindən soruşmağımızı istəsə də, daha sonra bu barədə heç bir məlumatının olmadığını dedi.
MÜZƏFFƏR QULUZADƏ