Qurbanqulu Berdiməhəmmədov Füzuli rayonuna gəlib

17.07.2025

Icma.az, Operativ MM saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda səfərdə olan Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 17-də Füzuli rayonuna gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Qurbanqulu Berdiməhəmmədovu Azərbaycan Prezidenti İlham Əliyev qarşıladı.

Füzuli Beynəlxalq Hava Limanında Türkmənistan Xalq Məsləhətinin sədrinə işğaldan azad olunmuş ərazilərimizdə inşa edilən Füzuli, Zəngilan və Laçın Beynəlxalq Hava limanları haqqında məlumat verildi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью