Qurbanqulu Berdiməhəmmədova Cıdır düzündə “Dostluq” adlı Qarabağ atı hədiyyə edilib

17.07.2025

Apa.az saytına istinadən Icma.az xəbər verir.

İyulun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Cıdır düzündə olublar.

APA xəbər verir ki, burada Qarabağ atlarının təqdimatı keçirilib.

Prezident İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atını hədiyyə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью