Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun ölkəmizə səfəri bir sıra istiqamətlər üzrə mühüm əhəmiyyət kəsb edir.
Bu səfərə təkcə Bakı ilə Aşqabad arasında münasibətlərin inkişaf etdirilməsi kontekstindən baxmaq doğru olmazdı.
Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri həm də Aşqabadın türk dünyasına, Türk Dövlətləri Təşkilatına (TDT) yaxınlaşması deməkdir.
Artıq bütün türk dünyası Azərbaycanın TDT-də lokomotiv rolu oynadığı qənaətindədir və bu səbəbdən bu coğrafiyadan ölkəmizə olan yüksək səviyyəli səfərlər artmaqdadır".Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfərini şərh edərkən səsləndirib.
Millət vəkili qeyd edib ki, səfər çərçivəsində ali qonağın Qarabağ və Şərqi Zəngəzura, Füzuliyə, Şuşaya səfər etməsi xüsusi əhəmiyyət kəsb edir:"İndiyə qədər Türkmənistandan belə yüksək səviyyəli şəxsin azad Qarabağa səfəri olmamışdı.
Düzdür, bir müddət əvvəl bu ölkənin hökumət rəhbəri ECO-nun 17-ci zirvə görüüşündə iştirak etmək üçün Xankəndinə gəlmişdi.
Ancaq Azərbaycana səfər etmək, ayrıca bu səfər çərçivəsində Qarabağa getmək Türkmənistanın timsalında bir ilk idi.