“Qurdlar vadisi”nin Əsədlə bağlı bu səhnəsi gündəm oldu VİDEO

09.12.2024

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra Türkiyənin məşhur “Qurdlar vadisi” serialından bir səhnə gündəmə gəlib.

Turkustan.az xəbər verir ki, zaman-zaman Türkiyə siyasi fikrinin təqdim edildiyi bu serialdakı Hikmət və Ömər baba obrazlarının arasındakı dialoqu hazırda sosial şəbəkələrdə müzakirə mövzusudur.

Sözügedən səhnədə Hikmət İraqın çökdürülməsindən sonra növbənin Suriyada olduğunu deyir və proseslərin arxasında İsrailin yer aldığına işarə edir. Həmçinin Bəşər Əsədin situasiyanı bildiyi və hazır vəziyyətdəə gözlədiyi vurğulanır.

Dialoq zamanı İraqla bağlı deyilən “İraq 3-ə bölünsə, İran 5-ə bölünər” fikri müxtəlif askpetlərdən yozulur.

(globalinfo.az)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью