Qurdlarla bağlı testə nə zaman ehtiyac var? Həkim açıqladı

28.08.2026

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Parazitlərlə bağlı testdən keçmək üçün əsas səbəb insanın qurdları öz gözləri ilə görməsidir.

Redaktor.az xəbər verir ki, qastroenteroloq Sergey Vyalov bu barədə danışıb.

Həkimin sözlərinə görə, bir çox insan heç bir əsas olmadan bədənində parazit olduğunu düşünür. Vyalov bildirib ki, özünüdiaqnoz çox vaxt yanlış nəticələrə səbəb olur.

Onun sözlərinə görə, insan parazitləri öz gözləri ilə görərsə, bu, həkimə müraciət etmək və laborator müayinədən keçmək üçün əsasdır.

Vyalov qeyd edib ki, qurdlarla bağlı şikayətlərin əksəriyyəti real infeksiya ilə deyil, narahatlıq və müxtəlif məlumatların təsiri ilə əlaqəlidir.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью