Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Əməkdar artist Gülzar Qurbanova arxiv fotolarını izləyiciləri ilə bölüşüb.
Axşam.az xəbər verir ki, ağ-qara şəkillərini yayımlayan aktrisa onların 1989-cu ildə Moskvada lentə alındığını bildirib:
"Şəkillər ağ-qara ola bilər, amma içimdəki həyat, enerji, nəfəs işıqla danışır. Rəssam, şəklimi elə çək ki, baxanlar görsün qurduğum arzuları, xəyalları, sonsuz ümidləri, dünyanı kəşf etmək eşqimi, ehtirasımı. Rəsmin gözlərə deyil, ürəklərə toxunsun. Baxanlar desin bu şəkil təkcə gəncliyi göstərmir, bu gün də bu yaşda da ruhumun canlı olduğunu daim axtarış içində olan bir nəfəsi... Gənclər gününüz mübarək!".