Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 3 fevral, AZƏRTAC
İstehsalı tamamlanan “Qurğuşun” adlı qısametrajlı bədii film dram janrındadır və müddəti 20 dəqiqədir.
AZƏRTAC xəbər verir ki, filmdə hadisələr şəhərdə törətdiyi cinayətin nəticələrindən qaçan kiçik qardaşın gizlicə tərk etdiyi doğma kəndinə on il sonra qayıtması üzərində qurulub.
Filmin rejissoru Rüstəm Babazadə, ssenari müəllifləri Rüstəm Babazadə və Əli-Səttar Quliyev, operatoru Vasif Vəlizadə, quruluşçu rəssamı Samirə Şamxalovadır. Ekran əsərində rolları Rasim Cəfər, Zaur Şəfiyev və Asiman Ağa Rövşən canlandırıblar. Prodüserlər Əli-Səttar Quliyev, Rüstəm Babazadə və Zaur Şəfiyev, ko-prodüserlər Emil Nəcəfov və Pərviz Məmmədovdur.
“Qurğuşun” filmi “Ultra Production”, Azərbaycan Kinematoqrafçılar İttifaqı və İTV-nin dəstəyi ilə ərsəyə gəlib. Filmin rəsmi nümayişi 2027-ci ildə Nizami Kino Mərkəzində planlaşdırılır.