Qurtuluş Günü Azərbaycan xalqının müqəddəratını həll edən hadisə oldu ŞƏRH EDİLDİ | Icma.a…
Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır. "Hər bir xalq yaratdıqlarına görə tarixə düşür.
Hər bir tarixi şəxsiyyət də xidmətlərinə görə tanınır və dillər əzbəri olur.
Azərbaycan xalqı da tarix boyu ədalətinə və tolerantlığına görə dünya xalqları içərisində böyük nüfuz qazanıb".
Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov deyib.O bildirib ki, dünyanın qədim dövlətləri sırasında yer alan Manna, Albaniya, Atropatena öz müstəqilliklərini qorumaq üçün düşmənə hər cür müqavimət göstərmiş və bu gün xalqımızın öyünməsi üçün şərəfli bir tarix miras qoymuşlar: "Orta əsrlərin Eldənizlər, Qaraqoyunlu, Ağqoyunlu və nəhayət, Səfəvilər dövləti Müsəlman Şərqinin qüdrətli dövlətləri sırasında yer ala bildilər.
Səfəvilər bir az da irəli gedərək imperiya yaratmağa nail oldular.
Azərbaycan xalqı bu dövlətin yaradıcısı Şah İsmayıl Xətaini min illərdir ki, tariximizin qəhrəmanı kimi anır və müstəqilliyimiz dövründə onun şərəfinə abidələr ucaldır.Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları olan milli-demokratik ziyalılarımız Müsəlman Şərqində ilk parlamentli Respublikanın bünövrəsini qoyaraq tarixə düşdülər.
23 ay yaşayan bu dövlət 350 ilkə imza atmağa müvəffəq oldu.1920-ci ilin aprelindən sonra Azərbaycan müstəqil dövlət kimi yox, müttəfiq dövlət kimi fəaliyyət göstərdi.
Hər bir müttəfiq respublika nəhəng Sovet dövlətindən yararlanmaq istəyirdi.
Tam oxu
Xəbəri oxu