Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
İyunun 4-də Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının, YAP Nizami rayon təşkilatının, Nizami Rayon İcra Hakimiyyətinin və “Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş məfkurəsi: konstitusion quruluşdan suverenlik zirvəsinə” mövzusunda konfrans keçirilib.Heydər Əliyev adına Neft Emalı Zavodunda keçirilən tədbirdə əvvəlcə Ümummilli Liderin büstünün önünə əklil və gül dəstələri qoyulub.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx nümayiş olunub.
Çıxış edən YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə tədbir iştirakçılarını qarşıdan gələn 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təbrik edib.
Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən bəhs edən A.Rəhimzadə bildirib ki, Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etsə də, onu itirmək təhlükəsi ilə üz-üzə qalmışdı: “Ozamankı hakimiyyət isə respublikanı idarə etmək iqtidarında deyildi.
Bu səbəbdən də respublikamızda dərin böhran hökm sürür, torpaqlarımızın isə Ermənistan tərəfindən işğalı davam edirdi.
Belə bir şəraitdə xalqımız, o cümlədən dəyərli ziyalılarımız bu ağır durumdan çıxış yolunu yalnız Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtmasında görürdü”.