Qurtuluş un rəhbəri azadlığa buraxıldı

01.07.2026

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və mərkəzin əməkdaşları Elşad Məhərrəmovla Natiq Əliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Modern.az xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində hakim Fərid Nəsimiyevin sədrliyi ilə keçirilən prosesdə Ceyhun Salmanov, Elşad Məhərrəmov və Natiq Əliyev Cinayət Məcəlləsinin 145.2.1 və 145.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və daha çox şəxsi qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə təqsirləndiriliblər.
Bugünkü prosesdə çıxış edən prokuror Emil Murquzov təqsirləndirilən şəxslər - Ceyhun Salmanov və Elşad Məhərrəmova 4 il, Natiq Əliyevə isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmə cəzası istəyib.

Məhkəmənin hökmünə əsasən, Ceyhun Salmanov 3 il 3 ay, Elşad Məhərrəmov 3 il 6 ay, Natiq Əliyev isə 3 il müddətinə azadlıqdan məhrum ediliblər.

Onlara Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 2 il sınaq müddəti təyin edilib və məhkəmə zalından azadlığa buraxılıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью