“Qurtuluş”a yerləşdirilən Ceyhun Əsgərov hara aparılıb?

30.01.2026

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

“Ceyhun bəyin səhhəti şükürlər olsun ki, yaxşıdır. Müalicəsi olduğu kimi davam edir. Fiziki sağlamlığında problem yoxdur, olmayıb da. Psixoloji durumu isə yaxşılığa doğru dəyişir və ümid edirik ki, belə də davam edəcək”.

KONKRET.az bildirir ki, bunu “Yeni Sabah”a açıqlamasında “Qurtuluş” Reabilitasiya Mərkəzində müalicə olunan Milli Qəhrəman Salatın Əsgərovanın oğlu, tanınmış jurnalist Ceyhun Əsgərovun həyat yoldaşı Günay Əsgərova deyib.

O, mərkəzin rəhbərliyi və əməkdaşlarının saxlanılması ilə bağlı məlumatı sosial şəbəkələrdən aldığını deyib:

“Qurtuluş”un rəhbəri və əməkdaşlarının saxlanılması haqqında mən də hamı kimi sosial şəbəkədən məlumat aldım. Bunun müalicə prosesinə təsir edib-etməyəcəyi barədə fikir söyləyə bilmərəm. Ümid edirəm ki, hadisə müalicə prosesinə təsir etməz. Hadisənin nə vaxt baş verdiyi barədə məlumatsızam, xəbəri bu gün oxudum, hələ ki Ceyhun mənimlə əlaqə saxlamayıb”.

Qeyd edək ki, uzun müddət teleaparıcı kimi fəaliyyət göstərmiş jurnalist C.Əsgərov alkoqol asılılığına görə ötən ilin sentyabrında “Qurtuluş” Reabilitasiya Mərkəzinə yerləşdirilib.

Xatırladaq ki, “Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov, əməkdaşları Elşad Məhərrəmov və Natiq Əliyev tutulublar. Onlar Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma), 133-cü (əzab vermə), 144-cü (adam oğurluğu), 145-ci (qanunsuz azadlıqdan məhrum etmə) maddələri üzrə ittiham edilirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью