Qurtuluşda işgəncə faktı: Dəhşətli görüntülər

04.02.2026

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

”Qurtuluş Reabilitasiya Mərkəzi”ndə narkotik asılılıqdan əziyyət çəkən şəxsə işgəncə verilməsi faktını özündə əks etdirən fotolar yayılıb.

Gununsesi.info bildirir ki, Ajans.az -ın yaydığı fotolardan görünür ki, müalicə adı altında Reabilitasiya Mərkəzində saxlanılan şəxsin əlləri ayaqları skoçla bağlanıb.

Xatırlatmaq istəyirik ki, adı çəkilən mərkəzdə baş verən müəammalı hadisələr, mərkəzin rəhbəri Ceyhun Salmanovun fəaliyyətində şübhəli məqamların olması və bu mərkəzdə ciddi yoxlama aparılmasının vacibliyini ilk dəfə Ajans.az xəbər portalının baş redaktoru Tural Müseyibov 13 sentyabr 2025-ci ildə gündəmə gətirmiş, dəfələrlə hüquq-mühafizə orqanlarına çağırış etmişdi.

Qeyd edək ki, fotolarda hadisənin əks olunduğu faktlar Reabilitasiya Mərkəzinin Sumqayıt şəhərində yerləşən 1-ci korpusunda baş verib.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью