Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq. Quru öskürəyin səbəbi boğaz iltihabı və traxeit ola bilər.
Quru öskürək üzücü olur, insanı çox narahat edir - yatmağa, danışmağa imkan vermir.
Quru öskürəyi müalicə etmək üçün bəzi xalq təbabəti vasitələrindən istifadə edə bilərsiniz: - Enli qaba isti su tökün (60-70 C) və 4-5 damcı evkalipt, nanə və ya şam ağaıcı yağı əlavə edin.
Bu suyun buxarından nəfəs alın. Qaynar sudan istifadə etməyin, bu selikli qişaları yandıracaq.
- Axşam yatmazdan əvvəl döş qəfəsinə xardal kağızları yapışdırın və ya kamfora yağı çəkib isti şərflə bağlayın.
- Saglamolun.az xəbər verir ki, isti ayaq vannaları da quru öskürəklə mübarizə aparmağa kömək edir.
Vannadan sonra ayaqlarınızı yaxşı qurulayın və isti corab geyinib yatın. Corablara bir az xardal tökmək olar.
- Boğazınızı çobanyastığı, propolis dəmləməsi ilə qarqara edin.