Icma.az, Metbuat portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanda pandemiya dövründən sonra bağlı qalan quru sərhədlər hələ də açılmayıb. Xüsusi karantin rejiminin müddəti isə 2026-cı il 1 yanvaradək uzadılıb. Bəs xüsusi karantin müddəti başa çatmamışdan öncə quru sərhədlərinin açılma ehtimalı varmı?
Millət vəkili Aydın Mirzəzadə Metbuat.az-a açıqlamasında bildirib ki, xüsusi karantin rejimi və quru sərhədlərin bağlı olması bir-biri ilə bağlı məsələlərdir:
"Azərbaycan dövləti öz vətəndaşının və cəmiyyətin təhlükəsizliyinin qorunmasını özünün ali vəzifələrindən biri hesab edir. Buna görə də, Azərbaycana kənardan ola biləcək təhlükələrin qarşısının alınması məqsədilə quru sərhədlər hələlik bağlıdır. Həmin təhdidlərin aradan qalxmasından sonra sərhədlərin açılması mümkün olacaq. Bu məsələ daim dövlətin diqqət mərkəzindədir və gedən proseslər göstərir ki, bu rejimi saxlamaqla Azərbaycan dövləti çox düzgün qərar vermişdir".
Sevinc İbrahimzadə / Metbuat.az