Quru sərhədlərlə bağlı mühüm açıqlama

30.09.2026

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Ermənistanla münasibətlər normallaşan kimi, onların gediş-gəlişi, tranzit və ticarət, digər münasibətlər üzrə hüquqi münasibətlər meydana çıxacaq. Bu işimiz artıq bizi əmin edir ki, sülhün başlanğıcındayıq. ”.  

"Cebheinfo.az" xəbər verir ki, bunu Milli Məclisin deputatı Zahid Oruc parlamentin 30 sentyabr tarixli iclasında çıxışı zamanı deyib.

O bildirib ki, quru sərhədlərin açılması halında yeni tranzit yüklərinin daşınması, sığorta təminatı və digər məsələlər qarşıdakı dövrdə reallaşa bilər.

Deputat bu baxımdan Milli Məclisin payız sessiyasında Cənubi Qafqazda sülh və inteqrasiya mövzusunda mühüm tədbirlərin keçirilməsini təklif edib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью