Quruculuq işləri də Zəfərlə başa çatacaqdır | Icma.az
Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Vəfa Məmmədova, YAP Qazax rayon təşkilatının partiya fəalı 2020-ci il müdrik xalqımızın yaddaşına qızıl hərflərlə həkk olundu.
Heç şübhəsiz ki,bu tarix hər zaman Möhtəşəm Qələbənin, Zəfərin yazıldığı bir il kimi qürurla xatırlanacaq.
Çünki həmin ildə Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev cənablarının rəhbərliyi altında rəşadətli ordumuz sentyabrın 27-də başlayan və cəmi 44 gün davam edən Vətən müharibəsini böyük Zəfər, unudulmaz tarixi Qələbə ilə başa vurdu.
Həmin möhtəşəm Qələbənin sevincini hər bir azərbaycanlı bu gün də böyük qürur hissi ilə yaşayır.
Ən əsası isə qazandığımız bütün bu tarixi nailiyyətlərə görə Ali Baş Komandana, onun rəhbərliyi altında bizləri Qələbə ilə sevindirən Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda canından keçən qeyrətli, cəsur oğullarımıza, şəhidlərimizə, qazilərimizə bir ömür boyu minnətdar olacağıq.
Qürurverici olan odur ki, artıq hər gün ölkəmizin, dövlətimizin həyatına, xalqımızın yaddaşına müxtəlif əlamətdar hadisələrlə yazılır.
Bütün bunların fonunda onu da qeyd edək ki, Kəlbəcərə inzibati rayon statusu 1930-cu ildə verilmişdir.
Tam oxu
Xəbəri oxu