Qurudulmuş meyvə ixracı 37,8 faiz artıb AZƏRTAC

09.12.2024

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 9 dekabr, AZƏRTAC

2024-cü ilin yanvar-noyabr aylarında ölkəmizdən xaricə 1,597.3 ton qurudulmuş meyvə ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 37,8 faiz çoxdur.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, 11 ay ərzində qurudulmuş meyvə ixracından əldə olunan olunan vəsait 5,137.2 min dollara çatıb. Xarici bazarlara qurudulmuş meyvə ixracından əldə olunan vəsaitini miqdarı ötən ilin yanvar-noyabr ayı ilə müqayisədə 17 faiz artıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью